Norveçin Murmanskdakı Baş Konsulluğu işini dayandırdı

Norveçin Murmanskdakı Baş Konsulluğu işini dayandırdı
  01 İyul 2022    Oxunub:1637
Norveçin Rusiyanın Murmansk şəhərindəki Baş Konsulluğu müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Diplomatik qurumun bağlanması iyunun 8-də məlum olub. Norveç Xarici İşlər Nazirliyi Baş Konsulluğun iyulun 1-dən fəaliyyətini dayandıracağını açıqlayıb. Nazirlik həmçinin xəbərdarlıq edib ki, bağlanma uzunmüddətli ola bilər.

Diplomatik missiyanın binasında atributlar qalacaq, onun müvəqqəti bağlanması səbəbindən götürülüb-sökülməyəcəyi hələlik məlum deyil. Murmanskda Baş Konsulluq 1993-cü ildə açılıb. Bu müddət ərzində müxtəlif sahələrdə, o cümlədən sərhəd sakinləri üçün pasportların tətbiqi ilə bağlı çoxlu birgə layihələr həyata keçirilib. İndi bütün transsərhəd əməkdaşlıq proqramları məhdudlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti