Ukraynada Rusiya ilə bağlı 20 minə yaxın cinayət işi açıldı

Ukraynada Rusiya ilə bağlı 20 minə yaxın cinayət işi açıldı
  01 İyul 2022    Oxunub:955
Bu gün hüquq-mühafizə orqanları Rusiyanın Ukrayna ərazisində törətdiyi bütün cinayətlərin sənədləşdirilməsi üzərində iş aparır.
AzVision.az “Ukrinform”a istinadən xəbər verir ki, bunu Zaporojyeyə səfəri zamanı Ukrayna daxili işlər nazirinin müavini Katerina Pavliçenko deyib. Onun sözlərinə görə, artıq ölkə ərazisində 20 minə yaxın cinayət işi açılıb:

"Söhbət mülki şəxslərə və infrastruktura qarşı cinayətlərdən gedir. Zaporejye vilayətində isə 3000-dən çox belə cinayət halı qeydə alınıb".

K.Pavliçenko söyləyib ki, müharibə cinayətlərinin araşdırılması üçün Ukraynanın hüquq-mühafizə orqanları səfərbər olunub.

AzVision.az

Teqlər:







Xəbər lenti