BMT ABŞ-ı İrana qarşı sanksiyaları ləğv etməyə çağırdı

   BMT ABŞ-ı İrana qarşı sanksiyaları ləğv etməyə çağırdı
  30 İyun 2022    Oxunub:1462
BMT ABŞ-ı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) mandatına uyğun olaraq İrana qarşı sanksiyaları, o cümlədən neft ticarətini ləğv etməyə və ya dayandırmağa çağırıb
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari DiKarlo Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Biz ABŞ-a JCPOA-da nəzərdə tutulduğu kimi sanksiyaları ləğv etmək və ya onlardan azad etmək və İranla neft ticarəti üçün istisnaları uzatmaq çağırışımızı bir daha təkrar edirik”, - deyə DiKarlo bildirib.

Onun sözlərinə görə, BMT həmçinin İranı ölkənin JCPOA çərçivəsində götürdüyü öhdəliklərə zidd addımlardan dönməyə çağırır.

AzVision.az



Teqlər:





Xəbər lenti