ABŞ-da səkkiz yaşlı uşaq tapanca ilə digər uşağı öldürüb

ABŞ-da səkkiz yaşlı uşaq tapanca ilə digər uşağı öldürüb
  28 İyun 2022    Oxunub:1582
ABŞ-da Floridada səkkiz yaşlı uşaq dolu silahla oynayarkən faciə yaşanıb. O, təsadüfən digər bir uşağı öldürüb, o birini isə ağır yaralayıb.
Bu barədə NBC məlumat yayıb. Aldığı xəsarət nəticəsində bir yaşlı uşaq dünyasını dəyişib. Yaralanan iki yaşlı ikinci uşaq xəstəxanaya yerləşdirilib. Hadisə 8 yaşlı uşağın atası və sevgilisi ilə qaldığı moteldə baş verib. Hadisə qurbanları da elə sevgilisinin uşaqları olub. Ata dəlillərin saxtalaşdırılması, kobud səhlənkarlıq və odlu silahın təhlükəsiz saxlanması qaydalarına əməl edilməməsi ittihamları ilə həbs edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti