Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandum imzaladı

  Türkiyə-İsveç-Finlandiya üçtərəfli memorandum imzaladı
  28 İyun 2022    Oxunub:2793
Madriddə keçirilən danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb.
AzVision.az -ın verdiyi xəbərə görə, sənədə imzaları üç ölkənin xarici işlər nazirləri atıb.

Qeyd edək ki, NATO-nun Madrid Sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib. NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər. Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti