Kolumbiya həbsxanasında yanğın: 49 nəfər öldü

   Kolumbiya həbsxanasında yanğın:    49 nəfər öldü
  28 İyun 2022    Oxunub:882
Kolumbiyanın cənub-qərbindəki Valye-del-Kauka departamentinin Tulua şəhərindəki həbsxanada baş verən yanğında azı 49 məhbus həlak olub.
Kolumbiya milli həbsxana agentliyinin (INPEC) rəhbəri Tito Kastelyanosun sözlərinə görə, gecə iğtişaşları zamanı məhbuslar döşəkləri yandırıblar və bundan sonra alov həbsxananın əksər hissəsinə yayılıb. Nəticədə 49 nəfər həlak olub, 30 nəfər yaralanıb, onlarla insan təxliyə edilib.

İlkin araşdırmalar göstərir ki, yanğın gecə saat 1:00-dan sonra başlayıb, Tuluadan yanğınsöndürənlər tez bir zamanda yanğını söndürməyə gəlsələr də, qurbanların çoxu tüstüdən zəhərlənərək ölüb.

AzVision.az

Teqlər:







Xəbər lenti