Şanlıurfa islam ölkələrinin turizm paytaxtı seçildi

   Şanlıurfa islam ölkələrinin turizm paytaxtı seçildi
  28 İyun 2022    Oxunub:1402
Türkiyənin Şanlıurfa şəhəri 2023-cü ildə islam ölkələrinin turizm paytaxtı seçilib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin turizm naziri Mehmet Nuri Ersoy tviterdə yazıb.

“İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin 11-ci sessiyası zamanı dörd ölkənin namizədi arasında Şanlıurfa 2023-cü il turizm şəhəri seçildi”, - deyə Ersoy qeyd edib.

Onun sözlərinə görə, Özbəkistanın Xivə şəhəri isə 2024-cü ildə turizm paytaxtı seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti