Ərdoğan Madridə getdi, dünya liderləri ilə görüşəcək

      Ərdoğan Madridə getdi,    dünya liderləri ilə görüşəcək
  28 İyun 2022    Oxunub:823
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Sammitində iştirak etmək üçün Madridə gedib.
AzVision.az xəbər verir ki, prezident Madriddə ikitərəfli görüşlər keçirəcək.

Ərdoğanın ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Boris Conson, İspaniyanın baş naziri Pedro Sançes, Almaniya kansleri Olaf Şolz, Hollandiya baş naziri Mark Rutte, Avstriya kansleri Karl Nehammer və Avropa Şurasının sədri Şarl Mişellə görüşü planlaşdırılır.

AzVision.az

Teqlər:







Xəbər lenti