İspaniya İsveç və Finlandiyanın NATO-ya üzv olacağına əmindir
Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib. Türkiyə Finlandiya və İsveçdən NATO-ya daxil olmasına razılıq verməzdən əvvəl silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və PKK terrorçularına dəstəkdən imtina etmək üçün yazılı təminat tələb edir. Hər iki ölkə PKK tərəfdarlarına açıq dəstək verir, bu ölkədə terrorçuların aksiyaları keçirilir.
AzVision.az
Teqlər: