İlham Əliyev Gürcüstanın Baş nazirinə zəng edib
İrakli Qaribaşvili göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: