Peskov: "NATO təcavüzkar blokdur"

      Peskov:    "NATO təcavüzkar blokdur"
  28 İyun 2022    Oxunub:765
NATO qarşıdurma məqsədilə yaradılmış təcavüzkar blokdur və bu mahiyyəti nümayiş etdirməkdə davam edir. Bunu jurnalistlərə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, NATO-nun Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməsi iyirmi ildir davam edir və rəsmi Moskva bunu yaxşı bilir.
Peskov Ukrayna taxılının ixracı ilə bağlı bu həftə İstanbulda dördtərəfli görüşün keçirilməsi planları ilə bağlı mətbuatda yayılan məlumatlara hələlik münasibət bildirməyib: “Xeyr, mən hələlik bu mövzuda heç nə deyə bilmərəm”, - Kreml sözçüsü deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti