Xarici kəşfiyyata işləyən erməni hərbçi saxlanıldı

   Xarici kəşfiyyata işləyən erməni hərbçi saxlanıldı
  28 İyun 2022    Oxunub:826
Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat İdarəsi xarici kəşfiyyatla əməkdaşlıq edən daha bir hərbçini həbs edib.
Müəyyən edilib ki, hərbi qulluqçu olan Ermənistan Respublikasının vətəndaşı xidmətinin xarakterinə görə komandanlıq, silah, hərbi texnika və təlim mərkəzi olan N saylı hərbi hissənin hərbi qulluqçularının sayı, habelə ER Müdafiə Nazirliyinin bəzi hissələrinin yerləşdirilməsi haqqında məlumatlara malik olub.



Təsvir edilən şərtlərə əsasən, o, “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətlərinin nümayəndəsi ilə tanış olub və onun tərəfindən işə götürülüb. Bundan sonra 2 milyon dram məbləğində ödəmə vədi müqabilində messencer vasitəsilə xarici kəşfiyyat xidmətinin nümayəndəsinə binalar haqqında məlumat və fotoşəkillər silahlanma, hərbi zirehli texnika, döyüş və nəqliyyat vasitələrinin sayı və növləri, təlimləri keçirən kəşfiyyat və digər birləşmələrin sayı və silahlanması, təlimlərin məqsədləri barədə məlumatlar təqdim edib. Qeyd edilib ki, həmin şəxs artıq əməlini etiraf edib və həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti