Ərdoğan: "NATO toplantısında PKK/YPG-nin ikiüzlülüyünü üzlərinə vuracağıq"

      Ərdoğan:    "NATO toplantısında PKK/YPG-nin ikiüzlülüyünü üzlərinə vuracağıq"
  27 İyun 2022    Oxunub:444
“NATO liderlər Zirvə toplantısında PKK/YPG-nin ikiüzlülüyünü həmsöhbətlərimizin üzünə vuracağıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Dövlət başçısı qeyd edib ki, epidemiya ilə başlayan qlobal böhrandan ən çox təsirlənən sahələrdən biri də enerjidir: “Əlimizdəki mənbələrdən ən səmərəli şəkildə istifadə etməyə çalışaraq, yerli və bərpa olunan enerjilərə də ciddi sərmayələr ayırırıq.

Qara dənizdəki ehtiyatların miqdarı ölkəmiz üçün böyük ümid və ruh mənbəyi olub. Yeni mənbələr tapmaq üçün Aralıq və Qara dənizlərində qazma işlərini fasiləsiz davam etdirəcəyik”.

AzVision.az

Teqlər:







Xəbər lenti