Azərbaycan səfirliyi Marneulidəki hadisə ilə bağlı başsağlığı verdi

Azərbaycan səfirliyi Marneulidəki hadisə ilə bağlı başsağlığı verdi
  27 İyun 2022    Oxunub:554
Azərbaycanın Gürcüstandakı səfirliyi iyunun 26-da Marneuli rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində qeyd olunub.Səfirlik beşmərtəbəli binada baş verən uçqun nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndiyini bildirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.

Qeyd edək ki, iyunun 26-da Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki çoxmərtəbəli binalarından birinin 5-ci mərtəbəsində balkon uçub, nəticədə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həlak olub. Həmin binanın sakinləri təxliyə edilib.

Marneuli meriyasından bildirilir ki, faciə baş verən yaşayış binasından əhalinin bir hissəsi müvəqqəti olaraq mehmanxanalara köçürülüb. Onların xərcləri Marneuli meriyası tərəfindən təmin ediləcək. Yaralılara tibb müəssisələrində müvafiq yardım göstərilir.

AzVision.az

Teqlər: Gürcüstan  







Xəbər lenti