Üç ölkənin nazirləri Bakıda iclas keçirəcək

   Üç ölkənin nazirləri Bakıda iclas keçirəcək
  26 İyun 2022    Oxunub:1140
Sabah paytaxt Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqələri genişləndirmək məqsədi daşıyır.

Bundan əlavə, görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.

AzVision.az




Teqlər:



Xəbər lenti