Avropa kömür idxalında Rusiyaya alternativ axtarır

   Avropa kömür idxalında Rusiyaya alternativ axtarır
  24 İyun 2022    Oxunub:1268
Avqust ayında Rusiyaya kömür idxalına embarqonu tətbiq etməyə hazırlaşan Avropa İttifaqının (Aİ) ABŞ, Avstraliya, Kolumbiya və Cənubi Afrika kimi digər əsas tədarükçülərə müraciət etməli olacağı bildirilir.
Rusiyanın Avropaya təbii qaz nəqlini dayandırması bir çox Aİ-yə üzv ölkələrin təbii qaz əvəzinə elektrik enerjisi istehsalı üçün daha çox kömürdən istifadə alternativini müzakirə etməsinə səbəb olub.
2030-cu ilə qədər ölkədəki bütün kömür elektrik stansiyalarını bağlamağı planlaşdıran Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek kömür elektrik stansiyalarının qarşıdakı dövrdə daha çox istifadə edilməsi lazım olduğunu deyib. Almaniya hökuməti elektrik enerjisi istehsalında kömürdən istifadəni artıracaq qanunu gələn ay parlamentə səsverməyə çıxarmağa hazırlaşır.

Avstriya hökuməti həmçinin mümkün enerji böhranının qarşısını almaq üçün işlək vəziyyətdə olan kömür elektrik stansiyasını yenidən açacağını açıqlayıb. Hollandiyanın İqlim və Enerji naziri Rob Jetten ölkəsindəki kömür elektrik stansiyalarının maksimum 35 faiz gücündə işləməsini tələb edən qanunların 2024-cü ilə qədər ləğv edildiyini qeyd edib.

Almaniya, Avstriya və Hollandiyanın bəyanatlarından sonra Aİ Komissiyasının sədri Ursula von der Leyen Avropa İttifaqına üzv dövlətləri qalıq yanacaqların istifadəsini dayandırmaq üçün uzunmüddətli planlarından əl çəkməməyə çağırıb. Von der Leyen hökumətlərə bərpa olunan enerji mənbələrinə planlaşdırılan irimiqyaslı investisiyalara diqqət yetirmələri barədə xəbərdarlıq edib.

Avropanın kömür idxalının yarıdan çoxu Rusiyadan gəlir

Aqvust ayından etibarən Rusiyadan kömür idxalını dayandırmağa hazırlaşan Aİ-nin idxalının böyük hissəsi bu ölkədən qarşılanır. Eurostat məlumatlarına görə, 2020-ci ildə Aİ-nin daş kömür idxalının 55,6 faizi Rusiyadan gəlib. Rusiyanı 17,2 faizlə ABŞ, 15,3 faizlə Avstraliya izləyir. Kolumbiya, Cənubi Afrika, İndoneziya və Kanada digər mühüm təchizatçılar arasında olub.

Brüsseldə yerləşən “Bruegel” beyin mərkəzinin məlumatlarına görə, Aİ-nin Rusiyadan elektrik və istilik üçün istifadə edilən termal kömür idxalı 70 faiz-dır. Dəmir və polad istehsalında istifadə olunan metallurgiya kömüründə Aİ-nin Rusiyadan idxalı 20-30% civarındadır. Xüsusilə, Almaniya və Polşanın Rusiya termal kömüründən çox asılı olduğu bəllidir.

Ehtiyatlar son 2,5 ilin ən yüksək səviyyəsindədir

Digər tərəfdən tələbatın artdığı qış aylarında baş verə biləcək mümkün enerji böhranı qarşısında Aİ Rusiyaya alternativ variantları qiymətləndirərkən ehtiyatlar üçün tədbirlər görməyə başlayıb. Avropa enerji bazarlarına dair məlumat və məzmun təqdim edən "Montel"in hesabatına görə, qitənin şimal-qərb limanlarında kömür ehtiyatları son 2,5 ilin ən yüksək səviyyəsinə çatıb. Avqust ayından əvvəl son Rusiya ixrac gəmilərindən, həm də digər mənbələrdən əldə edilən ixracatla Amsterdam, Rotterdam və Antverpendəki 4 terminalın ümumi ehtiyatı 6,5 milyon tona çatıb.

"Montel"in VesselsValue gəmi izləmə datalarının tərtib etdiyi məlumata görə, bu ay yeddi gəmi Cənubi Afrikanın Richards Bay ixrac terminalından Hollandiya, İspaniya və Polşaya göndərilib. Ötən ilin eyni dövründə Fransaya yalnız bir gəmi göndərilmişdi.

"Avropalılar da tələb tərəfi tədbirlərə üstünlük verməlidirlər"

Avropa Siyasət Mərkəzinin analitiki Marko Giuli Anadolu Agentliyinə (AA) Aİ-nin kömür idxalının yarıdan çoxunun Rusiyadan gəldiyini bildirib: “Rus kömürü olmasa, avropalılar ABŞ, Avstraliya, Kolumbiya və ya Cənubi Afrika kimi digər əsas təchizatçılara müraciət etməli olacaqlar.

Elektrik istehsalında təbii qazın bir hissəsini kömürlə əvəz etmə planının qısa müddətdə Avropada emissiyaları artıracağına diqqət çəkən Giuli bildirib:
"Lakin biz fövqəladə və müvəqqəti tədbiri kömürə qayıdışla qarışdırmamalıyıq, şərtlər imkan verdikdə bu gücü çox asanlıqla geri götürmək olar. Kömür həm də uzun geri ödəmə müddətləri və ağır yeni qaz təchizatı infrastrukturu kimi uzunmüddətli öhdəliklər tələb etmir. İkincisi, kömür tutumunun müvəqqəti yenidən aktivləşdirilməsinə Aİ Emissiya Ticarət Sistemi tərəfindən nəzarət davam etdiriləcək. Bu məqamda Avropaya LNG tədarükünün də yönləndirildiyini nəzərə almaq lazımdır. Emissiyalara təsiri daha da azaltmaq üçün avropalılar tələb tərəfi tədbirlərə də üstünlük verməlidirlər”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti