Macarıstan Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləmədi

   Macarıstan Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləmədi
  24 İyun 2022    Oxunub:776
Macarıstan Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləmir və onun Ukraynada sülhün bərqərar olmasına kömək edəcəyinə inanmır.
Bu barədə Avropa İttifaqının sammitində iştirak edən Macarıstanın Baş naziri Viktor Orban deyib. Onun fikrincə, sanksiyalar Avropada iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq.

“Regiona yeni sanksiyalar deyil, sülh lazımdır. Çünki müharibənin yeganə zərdabı sülhdür. Biz sülhə “hə”, əlavə sanksiyalara isə “yox” deyirik”, - Viktor Orban özünün “Facebook” hesabında belə yazıb.

Avropa İttifaqının Brüsseldə keçirilən sammitinin ikinci günündə regiondakı iqtisadi vəziyyət, o cümlədən sanksiyaların nəticələri, enerji təchizatı ilə bağlı problemlər və inflyasiyanın qarşısının alınması üzrə tədbirlər müzakirə edilməlidir.

AzVision.az



Teqlər:





Xəbər lenti