Nazirlər Rusiyada Azərbaycan KİV-lərinin bloklanmasını müzakirə etdi

  Nazirlər Rusiyada Azərbaycan KİV-lərinin bloklanmasını müzakirə etdi
  24 İyun 2022    Oxunub:1114
Bir sıra Azərbaycan mediasının Rusiyada bloklanması mövzusu Bakını narahat edir. Bu məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana bugünkü səfəri zamanı müzakirə olunub.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında bildirib.

"Son aylar bir sıra faktlarla bağlı problemli məsələlər olub. Rusiya Federasiyasında Azərbaycanın bir neçə özəl media resursu, bu ay RİA Novosti də Azərbaycanda bloklanıb. Təbii ki, bizi narahat edən bu mövzuya da toxunulub. Bugünkü görüşlərdə əsas diqqət ondan ibarət idi ki, biz bu kimi halların nəticələrini aradan qaldırmaqdansa, qarşısını almaq üçün daha stimullaşdırıcı mexanizmlər işləməliyik.Bizə onların qarşısını almağa çalışmaq daha məhsuldar görünür.Bu baxımdan, dəyirmi masaların keçirilməsi faydalıdır”, - deyə D.Bayramov bildirib.

Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda keçirdiyi görüşlərdə bu mövzunun müzakirə edildiyini bildirib. "Ümumi anlayış var ki, bir-birimizin qanunlarına hörmət və bu qanunlara əsaslanan məlumat azadlığı prinsiplərinə əsaslanaraq, biz hər iki tərəfin aparıcı KİV rəhbərləri arasında xüsusi silsilə tədbirlər keçirəcəyik. Razılıq var ki, biz belə məsləhətləşmələri xarici işlər nazirliklərinin informasiya xidmətlərinin himayəsi altında təşkil edəcəyik”, - deyə Lavrov bildirib.

Qeyd edək ki, İyunun 24-də “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Serqey Lavrov imzalayıblar.


AzVision.az



Teqlər:





Xəbər lenti