Pakistan yoxsulları dəstəkləmək üçün super vergi tətbiq edir

   Pakistan yoxsulları dəstəkləmək üçün super vergi tətbiq edir
  24 İyun 2022    Oxunub:914
Pakistan hökuməti iri sənaye sahələrinə 10% super vergi tətbiq edib.
AzVision.az xəbər verir ki, bunu ölkənin Baş naziri Şahbaz Şərif deyib. Onun sözlərinə görə, yeni vergi xəzinədarlığın gəlirlərini artırmaq üçün tətbiq edilir ki, bu da yoxsul təbəqəni dəstəkləməyə yönəlib.

Sement, polad, şəkər, neft və qaz, gübrələr, mayeləşdirilmiş təbii qaz (LNG) terminalları, eləcə də tekstil, bankçılıq və avtomobil sənayesi istehsalı ilə məşğul olan şirkətlər yeni tədbirə aiddir. Bundan əlavə, vergi siqaret, içki və kimyəvi maddələr istehsalçılarına da təsir edəcək.

Yeni qanun əsas funksiyasından əlavə, ölkə büdcəsini dolduracaq, Pakistanın iqtisadi sabitliyinə və müstəqilliyinə töhfə verəcək.


AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti