Lavrov: “NATO və Aİ Rusiya ilə müharibə üçün koalisiya toplayır”

      Lavrov:    “NATO və Aİ Rusiya ilə müharibə üçün koalisiya toplayır”
  24 İyun 2022    Oxunub:943
Şimali Atlantika Müqaviləsi Təşkilatı və Avropa İttifaqı Rusiya Federasiyası ilə döyüşmək və ümumiyyətlə, müharibə aparmaq üçün müasir koalisiya toplayır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Moldova və Ukraynanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafı Rusiya üçün risk yaratmır:

“Bizim mövqeyimiz həmişə ona əsaslanıb ki, Avropa İttifaqı hərbi-siyasi blok deyil, ona görə də Şimali Atlantika Alyansından fərqli olaraq, onun arzu edən hər hansı ölkə ilə münasibətlərinin inkişafı bizim üçün heç bir təhlükə və risk yaratmamalıdır”.

Şəhanə Rəhimova
AzVision.az



Teqlər:





Xəbər lenti