“Sülh prosesi formatın girovu ola bilməz” - Ceyhun Bayramov

   “Sülh prosesi formatın girovu ola bilməz” -    Ceyhun Bayramov
  24 İyun 2022    Oxunub:685
“Azərbaycan üçün prioritet Ermənistanla münasibətlərin normallaşdırılması prosesi və regionda dayanıqlı sülhün təmin edilməsidir. Bu proses formatın girovu ola bilməz”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında ATƏT-in Minsk qrupunun taleyi ilə bağlı jurnalistin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Minsk qrupu ilə təmaslardan imtina etməyib: “Biz Minsk qrupundan onların gələcək rolu ilə bağlı baxışlarını açıqlamalarını gözləyirdik”.

AzVision.az


Teqlər:





Xəbər lenti