Bakıda şagird sayı 500-dək olan direktorsuz məktəblərin sayı açıqlandı

   Bakıda şagird sayı 500-dək olan direktorsuz məktəblərin sayı açıqlandı
  24 İyun 2022    Oxunub:1914
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində direktor vakansiyası elan olunan şagird sayı 500-dək olan məktəblərin siyahısı açıqlanıb.
İdarədən AzVision.az -a verilən məlumata görə, vakansiyalar 3 məktəbdədir. Bunlar Bakı şəhəri 50 nömrəli tam orta məktəb (şagird sayı - 255), 231 nömrəli tam orta məktəb (şagird sayı - 202) və 331 nömrəli ümumi orta məktəbdir (Şagird sayı - 172).

Qeyd edək ki, iyunun 24-dən şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır. Proses 30 iyun tarixinədək davam edəcək.

Müraciət etmək istəyən şəxslər zəruri sənədləri (kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənədin və ona əlavənin, əmək kitabçasının surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsinə təqdim edə bilərlər.

Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul müsabiqə (test və müsahibə) yolu ilə Regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Ötən il üzrə direktorların işə qəbulu üzrə test imtahanlarında müvafiq keçid balı toplamış, lakin müsahibəyə dəvət olunmamış namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti