Deputat fransalı səfirlə Qarabağdakı minaları müzakirə etdi

 Deputat fransalı səfirlə Qarabağdakı minaları müzakirə etdi
  24 İyun 2022    Oxunub:397
Bu gün Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.
Bu barədə AzVision.az -a İşçi Qrupun rəhbəri Soltan Məmmədov məlumat verib. Bildirib ki, görüşdə Azərbaycan və Fransa parlamentləri arasında əlaqələrin gücləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Fransada keçirilən seçkilərin nəticələri haqqında danışdıq. İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Heydər Əliyev Mərkəzində təşkil olunması nəzərdə tutulmuş sərginin təşkilati, texniki tərəflərini müzakirə etdik. Cənab səfir ölkəsinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsinə dəstək verməyə hazır olduğunu bir daha vurğuladı. Bu istiqamətdə əldə olunan pozitiv nəticələr haqqında ətraflı məlumat verdi. Hesab edirəm ki, maraqlı və faydalı bir görüş oldu”, - deyə Soltan Məmmədov qeyd edib.

AzVision.az

Teqlər:







Xəbər lenti