Rusiyanın Ukraynadakı müharibədə itkiləri

   Rusiyanın Ukraynadakı müharibədə itkiləri
  24 İyun 2022    Oxunub:885
Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 34 530-a yaxın canlı qüvvəsini itirib.

Bundan başqa, Rusiya tərəfinin 1 507 ədəd tankı, 3 637 ədəd zirehli döyüş maşını, 759 ədəd artilleriya sistemi, 241 ədəd reaktiv yaylım atəş sistemi, 99 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 183 ədəd helikopteri, 2 553 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 622 ədəd dronu, 137 qanadlı raket və 60 ədəd xüsusi texnikası məhv edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti