Türkiyə MN Azərbaycan təyyarəsilə bağlı məlumat yayıb
24 İyun 2022
Oxunub:367
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanın “BE-200ÇS” amfibiya tipli təyyarəsinin Marmarisdə meşə yanğınlarının söndürülməsində iştirakı ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: “Marmarisdə yanğınsöndürmə işlərinə dəstək vermək üçün ölkəmizə gələn Qətərə aid 3 helikopter və Azərbaycana məxsus 1 yanğınsöndürmə təyyarəsi Dalamana çatıb. Dalaman Hava Limanı Komandanlığımızda montaj işlərindən sonra yanğınsöndürmə işlərinə dəstək verəcəklər”.