“YAŞAT” Fondu tərəfindən 47 şəxsə birdəfəlik pul mükafatı verilib

   “YAŞAT” Fondu tərəfindən 47 şəxsə birdəfəlik pul mükafatı verilib
  24 İyun 2022    Oxunub:952
"YAŞAT fondun təşəbbüsü ilə təhsil haqqının qarşılanması üzrə təhsil müəssisələri tərəfindən 254 637.99 AZN vəsait qarşılanıb. Təhsil haqqı qarşılanan 94 şəxsin ödənişi Fond tərəfindən, 72 şəxsin isə ödənişi Fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb".
AzVision.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "YAŞAT" Fondunun fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, 2021-2022-ci tədris ili üzrə rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı - 2000 AZN təsis edilib. Cari günədək 47 şəxsə (29 şəhid ailə üzvü və 18 yaralı) 2000 AZN vəsait köçürülüb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti