Bu günə qədər 102 şəhid övladının adına depozit açılıb

   Bu günə qədər    102 şəhid övladının    adına depozit açılıb
  24 İyun 2022    Oxunub:869
"Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciət təmin edilib".

AzVision.az xəbər verir ku, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov "YAŞAT" Fondunun fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı Fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb.

Hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti