Şəhid və Qarabağ əlillərinin ailə üzvlərinin təhsilinə xərclənən vəsait açıqlandı

 Şəhid və Qarabağ əlillərinin ailə üzvlərinin təhsilinə xərclənən vəsait açıqlandı
  24 İyun 2022    Oxunub:1029
Şəhid ailələri və Qarabağ əlillərinin ailə üzvlərinin təhsilinə xərclənən vəsait açıqlanıb.
AzVision.az xəbər verir ki, bununla bağlı “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatında məlumat verib.

Onun sözlərinə görə, 11 min 778 manat şəhid ailəsi və müharibə əlillərinin ailə üzvlərinin xaricdə təhsilinə xərclənib: "45 min 924 manat həmin kateqoriyadan olan ailələrin üzvlərinə ölkə daxilində təhsil üçün xərclənib. 94 min manat isə təhsillə bağlı birdəfəlik ödəniş edilib".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti