"YAŞAT" fonduna daxil olan vəsaitin 62 milyona yaxını xərclənib

   "YAŞAT" fonduna daxil olan vəsaitin  62 milyona yaxını xərclənib
  24 İyun 2022    Oxunub:1097
Bu günə qədər "YAŞAT" fondunun bütün valyutalarda olan hesablarına 73 milyon 781 min 435.79 manat daxil olub.
AzVision.az xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Fondun fəaliyyətinə dair hesabat xarakterli təqdimatla çıxış edərkən bildirib.

"Bu məbləğin 61 milyon 114 min 757 manat 86 qəpiyi artıq xərclənib. Hazırda Fondun balansında 12 milyon 666 min 677.93 qəpik vəsait qalıb. İndiyə qədər 2927 şəhid ailəsini ziyarət etmişik. Qeydə alınmış yaralıların sayı isə 5 599 nəfərdir", - deyə Elvin Hüseynov bildirib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti