Azərbaycanın təyyarəsi Türkiyədə yanğınları söndürür - VİDEO

   Azərbaycanın təyyarəsi Türkiyədə yanğınları söndürür -    VİDEO
  24 İyun 2022    Oxunub:611
Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.
FHN-dən AzVision.az -a bildirilib ki, bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb.



AzVision.az



Teqlər: Təyyarə  





Xəbər lenti