Rusiya 47 ton Azərbaycan pomidorunu geri qaytardı

   Rusiya 47 ton Azərbaycan pomidorunu geri qaytardı
  24 İyun 2022    Oxunub:816
Azərbaycandan Rusiyanın Həştərxan vilayətinə göndərilən pomidorlarda qonur qırışıqlıq virusu (Tobamovirus ToBRFV) aşkar olunub.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) idarəsinin həyata keçirdiyi fitosanitar nəzarət zamanı Azərbaycandan göndərilən sözügedən pomidor partiyasında virus aşkarlanıb. Nəticədə 47 tonluq pomidor partiyası ölkəyə geri göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti