"25 qazi Türkiyədə müalicə alır" - Elvin Hüseynov

 "25 qazi Türkiyədə müalicə alır" -  Elvin Hüseynov
  24 İyun 2022    Oxunub:1506
"YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən yaralı qazi və şəhid ailə üzlərinin sayı açıqlanıb.

AzVision.az xəbər verir ki, bu günə qədər 171 yaralı və 5 şəhid ailə üzvü qardaş ölkəyə müalicəyə göndərilib.
“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov qeyd edib ki, yaralı qazilərdən 146-ı geri vətənə qayıdıb: "Geri qayıdanlardan 3-ü şəhid ailəsinin üzvüdür. Hazırda Türkiyədə 25 qazimizin və 2 şəhid ailəsi üzvünün müalicəsi davam edir".

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti