“ASAN xidmət”in nümayəndə heyəti Gürcüstanda

“ASAN xidmət”in nümayəndə heyəti Gürcüstanda
  24 İyun 2022    Oxunub:892
Tbilisidə keçirilən “Rəqəmsallaşmada Dövlət Yanaşmaları” mövzusunda seminarda iştirak məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Gürcüstana səfər edib.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, seminar Astana Dövlət Xidməti Mərkəzi və Koreya Respublikasının müvafiq qurumlarının iştirakı ilə 2021-ci ildə birgə həyata keçirilən “İdarəetmədə innovativ bacarıqların inkişaf etdirilməsi və dövlət xidmətlərinin rəqəmsallaşdırılması” layihəsi çərçivəsində reallaşdırılıb.

Seminarın əsas məqsədi qeyd edilən ölkələrdən olan dövlət qulluqçuları və ekspertlərin öz ölkələrində rəqəmsal strategiyanın uğurlu tətbiqində istifadə etdikləri dövlət yanaşmaları, bilikləri paylaşmaq və təcrübə mübadiləsi aparmaqdır.

Seminar çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyəti “ASAN xidmət” və rəqəmsal hökumət sahəsində ölkəmizdə görülən işlərlə bağlı tədbir iştirakçılarına məlumat verib.







AzVision.az


Teqlər:





Xəbər lenti