Siyasi partiyaların rəhbərləri və politoloqlar Zəngilana getdi

   Siyasi partiyaların rəhbərləri və politoloqlar Zəngilana getdi
  24 İyun 2022    Oxunub:1056
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq iyunun 24-də Zəngilana səfər ediblər. Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərin məqsədi Zəngilan rayonunda aparılan bərpa-quruculuq layihələri ilə yaxından tanış olmaqdır.
AzVision.az xəbər verir ki, sayca 4-cü olan birgə səfərin ünvanı Zəngilan rayonudur. Təşkil olunan səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist də iştirak edir.

AzVision.az



Teqlər: Zəngilan  





Xəbər lenti