Senat silaha nəzarət qanun layihəsini təsdiqlədi

   Senat silaha nəzarət qanun layihəsini təsdiqlədi
  24 İyun 2022    Oxunub:622
ABŞ Senatı silah zorakılığına dair qanun layihəsini qəbul edib. AzVision.az xəbər verir ki, qanun layihəsinin lehinə 65, əleyhinə 33 senator səs verib. Qeyd olunub ki, 15 Respublikaçının tədbiri dəstəkləmək üçün Demokratlara qoşulması, ölkənin ən mübahisəli siyasi məsələlərindən birində ikipartiyalı əhəmiyyətli bir irəliləyişdir.
Sənəd Texas ştatının Uvalde şəhərində ibtidai məktəbdə atışma nəticəsində 19 uşaq və iki müəllimin həlak olduğu son faciəli hadisələrdən sonra, habelə Nyu-Yorkun Buffalo şəhərində doqquz nfərin olduğu silahlı hücumdan sonra qəbul edilib.

İndi qanun layihəsi Nümayəndələr Palatası tərəfindən təsdiqlənməli, bundan sonra imza üçün prezident Co Baydenə göndərilməlidir.


AzVision.az



Teqlər: Senat   Silah  





Xəbər lenti