ABŞ Ukraynaya daha 450 milyon dollar ayırdı

   ABŞ Ukraynaya daha    450 milyon dollar ayırdı
  24 İyun 2022    Oxunub:1018
ABŞ administrasiyası Ukraynaya 450 milyon dollar əlavə yardım edəcəyini açıqlayıb. AzVision.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Onun sözlərinə görə, bu paketə reaktiv yaylım atəş sistemi və digər silah və sursatlar daxildir.
O əlavə edib ki, ABŞ-ın hazırkı administrasiyası hakimiyyətə gələndən bəri Ukraynaya yardım üçün 6,8 milyard dollar ayrılıb.

AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti