Maskın oğlu rəsmən cinsini dəyişib qız oldu

   Maskın oğlu rəsmən cinsini dəyişib qız oldu
  24 İyun 2022    Oxunub:904
Los-Anceles Dairə Məhkəməsi milyarder İlon Maskın 18 yaşlı oğlu Ksavyer Maskın cinsini və adının dəyişdirilməsi ilə bağlı ərizəsinə müsbət cavab verib. AzVision.az xəbər verir ki, bu barədə NBC telekanalı məhkəmə sənədinə istinadən məlumat yayıb. Bundan sonra Ksavyer Mask Vivian Cenna Uilson adlı qız olacaq.
Qeyd olunub ki, heç bir etiraz olmadığı üçün adın dəyişdirilməsi, cinsiyyətin dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətə müsbət baxılıb.

Qeyd edək ki, İlon Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə ailə həyatı qurub. 2002-ci ildə cütlüyün bir oğlu dünyaya gəlsə də, körpə 10 gündən sonra dünyasını dəyişib. Daha sonradan cütlüyün Ksavyer və Qrifin adlı əkizləri, Demian, Kai və Sekson adlı üçəmləri dünyaya gəlib. Mask və Uilson 2008-ci ildə ayrılıb.

AzVision.az




Teqlər: Mask  





Xəbər lenti