Türkiyədə meşəni yandıran şəxs saxlanıldı

   Türkiyədə meşəni yandıran şəxs saxlanıldı
  23 İyun 2022    Oxunub:970
Türkiyənin Marmaris bölgəsindəki meşə yanğınını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

O bildirib ki, həmin şəxs keçmişdəki ticarət mübahisəsi və ailə arasında anlaşılmazlıq səbəbindən meşəni yandırıb. Bundan başqa, hadisə yerində iki benzin bidonu da tapılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti