“Eurovision 2023” Ukraynada keçirilməyəcək

   “Eurovision 2023” Ukraynada    keçirilməyəcək
  23 İyun 2022    Oxunub:1400
Avropa Yayım Birliyi (EBU) "Eurovision 2023" Mahnı Müsabiqəsinin Ukraynada keçirilməyəcəyini bəyan edib.
AzVision.az bu barədə AYB-nin saytındakı rəsmi məlumatda deyilir.

Bildirilir ki, AYB təşkilatçıların Ukraynanın yarışa ev sahibliyi etməkdən imtina etmək qərarı ilə bağlı ictimaiyyətin məyusluğunu tam başa düşür.

"Tədbirdə işləyən və iştirak edən hər kəsin təhlükəsizliyini və mühafizəsini təmin etmək məsuliyyətini rəhbər tutaraq yarışın Ukraynada yox, başqa ölkədə keçirilməsinə dair qəbul edilib. Qərarı qəbul edərkən hazırkı məlumatlara görə, 2023-cü il ərzində Ukraynada heç bir önəmli beynəlxalq konsertin keçirilməyəcəyi də nəzərə alınıb. Bütün bunları nəzərə alaraq AYB təəssüf hissi ilə tədbiri başqa ölkəyə köçürmək qərarına gəlib və gələn il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi üçün münasib məkanın tapılması ilə bağlı müzakirələri davam etdirəcək”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Ukraynanın “Kalush Orschestra” qrupu mayın 14-ü İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” müsabiqəsinin qalibi olub.

AzVision.az



Teqlər:





Xəbər lenti