Gəncədə kişi arvadını qətlə yetirdi

 Gəncədə kişi arvadını qətlə yetirdi
  23 İyun 2022    Oxunub:1355
İyunun 23-ü saat 17 radələrində Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə AzVision.az -a Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Rauf Vəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Bayramovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rauf Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti