Putin Xəzəryanı ölkələrin sammitində iştirak edəcək

   Putin Xəzəryanı ölkələrin sammitində iştirak edəcək
  23 İyun 2022    Oxunub:313
Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin Türkmənistanın paytaxtı Aşqabadda iyunun 29-da keçiriləcək Zirvə toplantısında iştirak edəcək.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov əlavə edib, bu məqsədlə V.Putin Aşqabada səfər edəcək.

Xatırladaq ki, V Xəzər Sammiti 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilib. Zirvə görüşündə Rusiya, Qazaxıstan, Türkmənistan, Azərbaycan və İran prezidentləri iştirak ediblər. Sammitin yükunlarına əsasən Xəzər dənizinin hüquqi statusu haqında Konvensiya imzalanıb.

AzVision.az

Teqlər: Aşqabad  







Xəbər lenti