Yararsız silaha görə Ermənistan polisinə cinayət işi açıldı

   Yararsız silaha görə Ermənistan polisinə    cinayət işi açıldı
  23 İyun 2022    Oxunub:398
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi İrəvanda müxalifətin etiraz aksiyalarında polisin istismar müddəti bitmiş xüsusi texnikadan istifadə etməsi ilə bağlı cinayət işi açıb. Bu barədə Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputatı Taquhi Tovmasyan sosial şəbəkələrdə məlumat verib.
Bundan əvvəl parlamentari iyunun 3-də Ermənistanın paytaxtında keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələrinin xüsusi texnikadan istifadə etməsi ilə bağlı baş prokurora müraciət edib.

Deputatın sözlərinə görə, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri nəticəsində xeyli vətəndaş və polis zərər çəkib.

Xəsarətlərin səbəbi istifadə müddəti bitmiş xüsusi avadanlıq ola bilər.

İndi deputatın müraciəti əsasında Korrupsiyaya Qarşı Mübarizə Komitəsində zorakılıq tətbiqi ilə müşayiət olunan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, iyunun 3-də İrəvanın Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində müxalifətin yürüş iştirakçıları ilə polis arasında toqquşma olub. Polis səs-küylü qumbaralardan istifadə edib. Onlarla zərərçəkən xəstəxanalara çatdırılıb.

Şahanə Rəhimova
AzVision.az

Teqlər:







Xəbər lenti