Müharibədən indiyədək 225 nəfər minaların qurbanı olub

   Müharibədən indiyədək 225 nəfər minaların qurbanı olub
  23 İyun 2022    Oxunub:740
"2020-ci ilin 10 noyabr tarixindən bugünədək mina partlayışları nəticəsində 225 nəfər minaların qurbanı olub".
Bunu Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib. O qeyd edib ki, mina hadisələri zamanı 186 nəfər xəsarət alıb, 39 nəfər həlak olub.

"Mina və müharibənin partlayıcı qalıqları problemi istər işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına cəlb olunan, istərsə də müharibəyə məruz qalmış rayonların, həmçinin keçmiş təmas xətti boyu ərazilərin sakinlərinin həyat və fəaliyyətinə təhlükə mənbəyidir", - sədr vurğulayıb.

AzVision.az



Teqlər: ANAMA  





Xəbər lenti