Fətullah Gülənin qardaşı qızı saxlanıldı

   Fətullah Gülənin qardaşı qızı saxlanıldı
  23 İyun 2022    Oxunub:1039
Türkiyə sərhədçiləri FETÖ terror təşkilatının lideri Fətullah Gülənin bir qrup tərəfdarını saxlayıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Gülənin qardaşı qızı da var.
"Sərhəd bölmələrimiz qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 10 nəfəri saxlayıb. Yoxlama nəticəsində onlardan 5-nin FETÖ üzvü olduğu, aralarında terrorçu Fətullah Gülənin qardaşı qızı Sümmey Gülənin də olduğu müəyyən edilib", - məlumatda deyilir.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirakda ittiham edilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti