Ağalının 428 sakininin çoxu kəndə qayıtmaq istəyir
Məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Dragana Koyiç rəhbəri olduğu nümayəndəliyin fəaliyyəti haqqında məlumat verib, BQXK son dövrlərdə öz fəaliyyətini genişləndirdiyini, işə yeni əməkdaşlar cəlb edildiyini söyləyib. Görüşdə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri xanım Arian Bauer də iştirak edib. Dövlət Komitəsinin sədri fəaliyyət dövrü ərzində göstərdiyi xidmətlərə görə xanım Arian Bauerə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə qaşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
AzVision.az
Teqlər: