Görüşdə Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Bir çox sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı sferalarında hərtərəfli əməkdaşlıq, enerji təchizatı, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatında yeni texnologiyaların və elektron sistemlərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi, gələcəkdə bir çox iqtisadi layihələrin icrasına dair məsələlər müzakirə olundu.
Söhbət zamanı hökumətlərarası komissiyanın iclasının keçiriləcəyi qeyd edildi və komissiyanın fəaliyyəti barədə fikir mübadiləsi aparıldı.
AzVision.az