SEPAH-ın kəşfiyyat xidmətinin rəhbərinə sui-qəsd olub

   SEPAH-ın kəşfiyyat xidmətinin rəhbərinə sui-qəsd olub
  23 İyun 2022    Oxunub:863
İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri Hüseyn Taib vəzifəsindən uzaqlaşdırılıb, eyni zamanda onun həyatına sui-qəsd olub.

Bu barədə yerli mediada xəbərlər yayılıb. Bildirilib ki, o, yaralı halda xəstəxanaya yerləşdirilib. Kəşfiyyat xidməti rəhbərinin vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, bir neçə gün öncə İsrail mediasında Türkiyədə israillilərə qarşı hücum planlarının arxasında Hüseyn Taibin dayandığı bildirilmişdi. Sonradan İsrail kəşfiyyatı məlumatı təsdiqləmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti