Azərbaycan pilotları Türkiyədə tapşırıqları uğurla icra ediblər

   Azərbaycan pilotları Türkiyədə tapşırıqları uğurla icra ediblər
  23 İyun 2022    Oxunub:1093
Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat evrilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib.

Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti