Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verməyəcək

Çexiya Rusiya və Belarus vətəndaşlarına viza verməyəcək
  23 İyun 2022    Oxunub:305
2023-cü ilin mart ayına qədər Rusiya və Belarus vətəndaşlarına Çexiyaya daxil olmaq üçün vizalar, habelə uzun müddət qalmaq üçün icazələr verilməyəcək.
Bu barədə qərar Xarici İşlər Nazirliyinin təklifi ilə ölkə hökuməti tərəfindən 2022-ci il fevralın 24-də qəbul edilib. İstisna humanitar hallar ola bilər.

Beləliklə, Çexiya Ukraynada xüsusi əməliyyatı dayandırmaq üçün Rusiya Federasiyası və Belarusun hakimiyyət orqanlarına təzyiq göstərməyə çalışır.

AzVision.az

Teqlər: Viza  







Xəbər lenti