Ukraynada azı 4 634 mülki şəxs ölüb

   Ukraynada azı 4 634 mülki şəxs ölüb
  23 İyun 2022    Oxunub:842
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ali Komissarlığının (OHCHR) məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı fevralın 24-dən mülki əhali arasında ölənlərin sayı 4 634 nəfərə çatıb.

"Mülki ölümlərə və ya yaralanmalara geniş təsir sahəsinə malik partlayıcı qurğulardan istifadə, o cümlədən ağır artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən atəşə tutulma, həmçinin raket və hava zərbələri səbəb olub", - məlumatda deyilir.

BMT-nin təsdiqlənmiş məlumatlarına görə, 1 780 kişi, 1 194 qadın, 148 oğlan və 131 qız ölüb, 41 uşaq və 1 340 nəfər (böyüklər) cinsiyyəti hələ müəyyən edilməyib.

Xəsarət alan 5 769 nəfərin 169-u oğlan, 131-i qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 178 uşaqdır.


Teqlər:





Xəbər lenti